Paşinyan nə deyirdi və bu gün Ermənistanın nəyi var?| 2050-ci ili gözləyin!

2019/08/Nikol-1565700838.jpg
Oxunub: 30024     14:42     20 Avqust 2019    
“Bəs əmək haqqları baxımından nə dəyişib? Büdcə hesabına bu məqsədlə pul ayrılmayıb, yəni əmək haqqlarının artırılmasına görə büdcədən əlavə vəsait ayrılmayıb. Belə olan halda ayrı-ayrı sahələrdə əmək haqqı artımının nəyin hesabına baş verdiyini təsəvvür etmək çətindir”.

Ordu.az xəbər verir ki, bu barədə Paşinyanın populist bəyanatları fonunda Ermənistanda baş verən iqtisadi böhranla bağlı müəllif məqaləsində bildirilir.

Məqaləyə görə, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Paşinyan çox vədlər yağdırıdı və bu gün o, dediklərinin əlinə düşüb.

“Bu vədlərin reallıqdan uzaq olduğunu dərk etmək üçün uzun zamana ehtiyac yox idi. Əlbəttə, bu, bir çox insanlara Paşinyanı müdafiə etməkdə davam etməyə mane olmur. Bəli, Baş nazirin reytinqi əvvəlki kimi olmasa da, əhalinin bir hissəsi yenə də inqilabçı liderə inanmaqda davam edir. Bu inamın nə qədər vaxt davam edəcəyini isə zaman göstərəck. Çox şey təbii ki, hökumətin fəaliyyətindən asılıdır. Lakin bu gün hökumətin fəaliyyətini qanedici hesab etmək çətindir. Paşinyan, öz rəhbərliyi altında hökumətin parlaq şəkildə işlədiyini, iqtisadiyyatın yüksək templə artdığını, əmək haqqı və təqaüdlərin artmasını ödənişsiz tibbi yardımın əhatəsinin genişləndirildiyini nə qədər xalq arasında nümayiş etdirməyə çalışsa da, eyni şeydir, ictimai həyatda nailiyyətlər hiss edilmir.

İnsanların sürətli dəyişikliklərə ümidi vardı, hər şeyin tezliklə yaxşı olacağını gözləyirdilər. Lakin belə olmadı. Bəlkə də nəticə var, lakin formalaşdırılan gözləntilərlə müqayisədə olduqca azdır. Zaman keçsə də, hökumət bir o qədər də tələsmir. Siyasi hakimiyyət ləng tərpəniş yolunu seçib. Bu gedişlə insanların iqtisadi və sosial həyatda dəyişiklikləri hiss etməsi üçün nə qədər zamanın tələb olunacağı hələ sual olaraq qalır. Hakimiyyət dəyişikliyindən əvvəl Paşinyan çox şey vəd edirdi. Bəzi tədbirlər, o cümlədən sürücülərin cərimələri, vaxtı keçmiş kreditlərin cərimələri ləğv edilsə də, bununla iqtisadi və sosial həyatda irəliləyiş ola bilməz”, - deyə məqalədə bildirilir.


Məqalədə, vaxtilə Ermənistandakı mövcud bahalığa görə iqtisadiyyatdakı inhisarçılığı günahlandırdığı qeyd olunur: “Onun Baş nazir vəsifəsindəki ilk bəyanatlarından biri inhisarçılığın ləğv edilməsinə aid olub. Əgər Baş nazir və onun hökumətinə inansaq, Ermənistanda artıq çoxdan inhisarlar yoxdur, bazarlar hamı üçün azad və açıqdır. İnsanlar istənilən malı sata və ala bilər. İnhisarçılıq nəticəsində süni qiymət artımı olduğuna görə, bu addım nəticəsində qiymətlərin ucuzlaşmasının baş verəcəyi ehtimal edilirdi. Lakin Baş nazirin bəyan etdiyi ən inhisarsız mühitdə belə qiymət ucuzlaşması baş vermədi. Əlavə olaraq, bu qiymətlər bu gün də artmaqda davam edir. Bu isə milli valyutanın dəyərdən düşməsi mühitində baş verir və idxalın ucuzlamasını ehtimal etməyə əsas verir.

Artıq bir neçə aydır ki, valyutanın mövqeləri möhkəmlənir, lakin idxal qiymətləri enmir. Ermənistanda rəqabət mühiti keçmişdə olduğu kimi qalmaqda davam edir. Bu baxımdan çox şey dəyişməyib. İlkin tələbat mallarının qiymətləri indi də sürətlə qalxmaqda davam edir. Bu malların qiymətləri bəzən ikirəqəmli olaraq artır. Lakin Paşinyan əhalinin kasıb təbəqəsinə daha çox təsir edən ilkin tələbat mallarının qiymət artımını əks etdirən məlumatları statistika komitəsindən ayrıca bölüm olaraq təqdim edilməsini daha tələb etmir. İctimai xidmətlər sahəsində qiymətlərin şişirdilməsinə dair dəfələrlə bəyanatlar verilsə də, bu sahədə heç bir qiymət ucuzlaşması baş vermədi. Bəs əmək haqqları baxımından nə dəyişib? Büdcə hesabına bu məqsədlə pul ayrılmayıb, yəni əmək haqqlarının artırılmasına görə büdcədən əlavə vəsait ayrılmayıb. Belə olan halda ayrı-ayrı sahələrdə əmək haqqı artımının nəyin hesabına baş verdiyini təsəvvür etmək çətindir. Bunun yalnız işçilərin ixtisara salınması hesabına edilməsi yoli ilə mümkün olduğunu düşünmək qalır. Artıq polis orqanlarında əmək haqqlarının 30% artırılmasının blef olduğuna dair şayiələr dolaşmaqdadır. Bu, keçmiş mükafatların əmək haqqı artımı kimi qələmə verildiyini göstərir”.

Məqalədə vurğulanır ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra əhalinin gəlirlərində ciddi dəyişikliklər qeydə alınmayıb.

“Özəl sektorda gəlirin az olması iqtisadiyyatın qeyri-qənaətbəxş olmasından xəbər verir. Hökumət insanları işlə təmin etmək məsuliyyətini öz üzərindən atıb. Bu artıq hökumətin yox, vətəndaşın qayğısına çevrilib. Ermənistanda yeni iş yerləri demək olar ki, açılmır. Bu müddət ərzində neçə iş yerlərinin bağlandığı da hələ sual altındadır. İqtisadiyyatla bağlı Paşinyanın çoxsaylı bəyanatları reallığa çevrilməsindən uzaqdır. Baş nazir olanadək, iri həcmli sərmayələr barədə vəd verirdi, lakin sərmayələr artmır. Xarici kapitalın axını demək olar ki, aşağı düşüb. İqtisadiyyat sıçrayış yaşamalı idi və bu barədə artıq son zamanlar danışılmır. Əhalinin iqtisadi inkişafı necə hiss etdiyini təsəvvür etmək çətin deyil. Başqa bir şey ola da bilməzdi. Mövcud olan statistik artımlar, əsasən iqtisadiyyatda real nəticənin formalaşdırılması ilə əlaqəsi olmayan sahələrə aiddir. Hətta Ermənistanda iqtisadiyyatın artım quruluşu əvvəl olduğundan da pis vəziyyətdədir.

Xarici bazarlara niyyətlənmiş iqtisadi siyasət həyata keçirən hökumət ixraacatda azalma qeydə alır. İqtisadiyyatda təqdim edilən müxtəlif “nailiyyətlər” də öncəki dönəmin passivliyi ilə birbaşa əlaqədardır. Çətin ki, kimsə bu gün Ermənistanda bəyan edilmiş iqtisadi inqilab nəfəsinin olduğunu deyə bilsin. Əlbəttə, bunlar hakimiyyət dəyişikliyindən sonra əhalinin görməli olduqlarının hamısı deyil. Ancaq bu qədəri də vaxtilə nə deyildiyini və indi nəyə malik olduğumuzu başa düşmək üçün kifayət edər”, - deyə məqalədə Paşinyanın hakimiyyətə gəlişinin iqtisadi artıma deyil, böhranın daha da dərinləşməsinə səbəb olduğu vurğulanır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin